Ukrayna və Rusiya yenidən müharibə astanasında

Ukrayna və Rusiya yenidən müharibə astanasında
Ukrayna Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Ann.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyətin tətbiq edilməsi haqqında qərarına əsasən, Baş Qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ukrayna Silahlı Qüvvələrinin "tam” döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı sərəncam verib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Hərbi-Dəniz Donanması komandanlığının yaydığı ən son məlumatda bildirilir ki, Rusiyanın hücumu nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb: "Berdyansk” və "Yanı Kapu” zəbt edilib və yedəyə alınıb. "Nikopol” kiçik zirehli artilleriya kateri isə bloklanıb və işğalçı qüvvələrin nəzarəti altında hərəkət edir".

Bu arada FTX rəsmi açıqlama yayaraq, Rusiya sərhədlərini pozan hər 3 gəminin ələ keçirildiyini təsdiqləyib. Açıqlamada bildirilib ki, hadisə Qara dənizdə, Rusiyanın ərazi sularında baş verib. Rusiya sərhəd xidmətinin və Qara Dəniz Donanmasının tələblərinə baxmayaraq, təhlükəli manevrlər edən Ukrayna gəmilərinə güc tətbiq edilib: "Ukrayna hərbi gəmilərinin dayanması üçün silahdan istifadə edilib. Nəticədə Rusiyanın Qara dənizdəki ərazi sularında 3 Ukrayna gəmisi ələ keçirilib. Yaralanan 3 Ukrayna hərbçisinə tibbi yardım göstərilib, onların həyatı təhlükəsi yoxdur. Rusiyanın sərhədlərinin pozulması ilə bağlı cinayət işi qaldırılıb".

www.ann.az

Xəbər lenti