Ukrayna “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina etdi

Ukrayna “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina etdi
Ukrayna Ali Radası qondarma "erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Ann.az-a verilən məlumata görə, hakim "Xalqın xidmətçi” partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi "erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

"Fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb", - deyə səfirliyin məlumatında qeyd olunub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti