Türkiyənin "Sənət Akademiyası" Azərbaycanda film çəkir

Türkiyənin
Türkiyənin məşhur Eslem Film Yapım Şirkəti və Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi birlikdə yaratdıqları "Sənət Akademiyası” yaxın günlərdə Bakıda film çəkilişinə başlayırlar.

Ann.az xəbər veir ki, filmin baş rol oyuncuları "Kurtlar Vadisi"nin məşhur siması Erhan Güllü və Almaniyadan dəvət edilmiş oyuncu Canan Nəzirova olacaq.

"Sənət Akademiyası" və Eslem Film Yapım Şirkətinin rejissoru Yalçın Çoban Bakıda çəkiləcək film üçün hazırlıqlara başlayıb. Türkiyədən İbrahim Bülbülün rəhbərliyi ilə gələn heyət artıq çəkilişləri üçün Azərbaycan tərəfi ilə anlaşmalar əldə edib. Filmin bütün çəkilişləri Azərbaycanda olacaq və sənət işi üçün Bakıda qala gecəsi təşkil ediləcək.

Filmin adı "Aprel" olacaq. Sənət işi dram, sevgi və aksiyon janrında çəkiləcək.

Beynəlxalq festivalda iştirak edəcək filmin çəkilişlərində paytaxtımızın önəmli məkanlarından istifadə ediləcək. Bu da öz növbəsində Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir. 
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti