Türkiyənin parlament partiyaları Azərbaycana dəstək bəyanatı verdi

Türkiyənin parlament partiyaları Azərbaycana dəstək bəyanatı verdi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun müttəfiqi Millətçi Hərəkat Partiyası (MHP), həmçinin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən birgə bəyanat imzalayıblar. 

Ann.az xəbər verir ki, məlumatı "Anadolu” agentliyi yayıb.

"Biz beynəlxalq hüquqdan qaynaqlanan özünümüdafiə hüququ çərçivəsində Azərbaycanın xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə gerçəkləşdirdiyi hərəkətləri dəstəkləyirik”, - bəyanatda qeyd olunub.

Müxalifətdə olan Xalqların Demokrat Partiyası bəyanatı imzalamayıb. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti