Türkiyəli hərbçilər "TurAz Qartalı-2019" üçün Azərbaycana gəldi (FOTO/VİDEO)

Türkiyəli hərbçilər
"TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Azərbaycana gəlib.

Bu barədə Ann.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.
 







www.ann.az

Xəbər lenti