Türkiyədən təxliyə edilən 42 azərbaycanlı tələbə Naxçıvana çatdırıldı

Türkiyədən təxliyə edilən 42 azərbaycanlı tələbə Naxçıvana çatdırıldı
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

www.ann.az

Xəbər lenti