Türkiyə qorxu içində: 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Türkiyə qorxu içində: 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Türkiyədə 12 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Ann.az xəbər verir ki, hadisə Kappadokiya bölgəsində baş verib. bu barədə Aksaray valisi Əli Mantı mətbuat konfransında bildirib. Xəstəxanaya yerləşdirilənlərdən 10-u çinli turist, 2-si Türkiyə vətəndaşıdır.

Əli Mantı bildirib ki, xəstəliyin simptomları turistlərdən birində ortaya çıxıb, həkimlər onunla təmasda olan daha 9 nəfəri, həmçinin bələdçi və avtobus sürücüsünü ehtiyat tədbiri olaraq nəzarətə götürüblər.

Şübhəlilərdən götürülən analizlər ölkənin Səhiyyə Nazirliyinə göndərilib. Nəticələr əldə olunana qədər turistlər yerli xəstəxananın xüsusi yoluxucu xəstəliklər şöbəsində olacaq.

Qeyd edək ki, artıq koronavirus Çində 106 nəfərin ölümünə səbəb olub. 4515 nəfər isə virusa yoluxub. Çindən başqa Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb.

www.ann.az

Xəbər lenti