Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: “Dövlətimizi nüfuzdan salmaq niyyətindədirlər"

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: “Dövlətimizi nüfuzdan salmaq niyyətindədirlər
"Türkiyə apardığı hərbi əməliyyatlarla əslində sübut etdi ki, göründüyündən və bilindiyindən daha çox gücə sahibdir. Bununla da səhnədə olduğunu ortaya qoymuş oldu". 

Bunu "Report”un Türkiyə bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, ABŞ Türkiyənin Suriyanın şimalına dinclik gətirmək üçün başladığı "Barış pınarı” hərəkatı zamanı YPG və PKK-nın 800-dən çox terrorçusunun həbsxanalardan sərbəst buraxmasını görməzlikdən gəldi:

"Bunlar onların tez-tez sərgilədikləri davranış şəklidir. Türkiyə ilə razılaşmaya sadiq qalmırlar, ancaq saxta hesabatlarla dünyanın diqqətini üzərlərinə çəkib, Türkiyəni nüfuzdan salmaq niyyətindədilər. Bu gün Türkiyə təhlükəsizlik zonasındakı terrorçuları bölgədən sürətlə təmizləyir və öz sərhədlərinin təhlükəsizliyin qorumması üçün ayaqdadır. Onlar niyə Türkiyənin terrorçulara qarşı apardığı mübarizdən deyil, saxta iddialarından söz açırlar? Ərazidə olan biz terrorçuların zərərsizləşdirdiyini açıqlayırıqsa, bunlar hansı güclənmədən danışırlar? Bu gün Türkiyə terror təşkilatları ilə qətiyyətli bir şəkildə mübarizə aparır, bundan heç narahat olmasınlar. ABŞ-ın üzərinə düşən iş isə öhdəliklərini yerinə yetirməsdir. Biz onlardan bunu gözləyirik. Saxta iddialar və hesabatlarla gedəcəkləri yol çox qısadır”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hazırladığı hesabatda İŞİD-in yenidən güclənəcəyi qeyd olunub. Hesabatda iddia olunur ki, ABŞ-ın Suriyanın şimal-şərqindən çəkilməsi və Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasını fürsət bilən İŞİD "yenidən təşkilatlanmağa başlayıb”.

www.ann.az

Xəbər lenti