“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirildi (VİDEO)

“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirildi (VİDEO)
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyindən Ann.az-a bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti