Türkiyədə məşhurların Ərdoğana dəstək nümayişi FOTOLAR

Türkiyədə məşhurların Ərdoğana dəstək nümayişi FOTOLAR

Türkiyənin tanınmış sənətçiləri ölkə baş naziri Rəcəb Tayyib Ərdoğana dəstəklərini nümayiş etdiriblər. 

Yerli mətbuatın xəbərinə görə, baş nazir Ərdoğan Manisa vilayətinin Turqutlu rayonunda bəzi açılışlarda iştirak edib. 

Rayondakı ibtidai məktəblərdən birinin tikinsinə verdiyi dəstəyə görə, tanınmış müğənni Orhan Gencebaya plaket verən baş nazir bu cür təşəbbüsü olan bütün müğənnilərə təşəkkürünü bildirib. 

Baş nazir Ərdoğan, həyart yoldaşı Əminə Ərdoğan və bəzi nazirlərin olduğu tədbirdə müğənnilər Orhan Gencebay, Cengiz Kurtoğlu, Zerrin Özer, Mustafa Sandal, Kutsi, Hande Yener, Ali Şan, Ece Erken və s. sənətçilər iştirak ediblər. 

Sonda Ərdoğan sənətçilərlə xatirə şəkli çəkdirib. Müğənnilər isə baş nazirə Türkiyədə baş verən son hadisələrə görə, narahatlıqlarınmı ifadə ediblər. 

ANS PRESS

Xəbər lenti