Türkiyədə korrupsiya ilə bağlı 2-ci həbs dalğası başlaya bilər

Türkiyədə korrupsiya ilə bağlı 2-ci həbs dalğası başlaya bilər

Türkiyədə rüşvət, korrupsiya, çirkli pulların yuyulması ittihamı ilə bağlı 2-ci həbs dalğası başlaya bilər. APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Radikal” qəzetinin saytında məlumat verilib.

Prokurorun həbslər və axtarışlar üçün imzaladığı sanksiyanın İstanbul Əmniyyət Müdirliyinə (polis idarəsi) göndərildiyi bildirilir. Sanksiyada ictimaiyyətin yaxından tanıdığı şəxslərin adlarının olduğu xəbər verilir.

 

Hazırda polisin bu sanksiyaya əməl edib-etməyəcəyi sual altındadır. Çünki 17 dekabrda həyata keçirilən həbslərdən sonra İstanbul Əmniyyət Müdirliyində ciddi kadr dəyişiklikləri aparılıb. Əmniyyət müdiri (polis rəisi) başda olmaqla, bir çox şöbə müdiri vəzifəsindən uzaqlaşdırılıb.

 

APA

 

Tərəfdaşların xəbərləri

Xəbər lenti