Türkiyə Ermənistanla sərhədləri açmaq istəyir - AÇIQLAMA

Türkiyə Ermənistanla sərhədləri açmaq istəyir - AÇIQLAMA

"Bunu Azərbaycanla birlikdə həyata keçirmək istəyirik”.Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komissiyası ilə keçirdiyi məlumatlandırma iclası zamanı Ermənistanla sərhədləri açmaq istiqamətində çalışdıqlarını və Azərbaycanı razı salacaqları təqdirdə belə bir sürpriz edə biləcəklərini açıqlayıb.ANN.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Ə.Davudoğlu deyib ki: "2015-ci ilə hazırlıq işləri sürətlə davam edir. Bizim tələbimiz ermənilərin Qarabağdan çəkilmələridir. Bu istiqamətdə yenilik gözləyirik. Əgər belə bir şey olsa, həm sərhəd qapıları, həm də dəmiryolu açılar. Bununla yanaşı bir çox əlaqələrimiz inkişaf edər. Ancaq bir daha vurğulayırıq ki, bunu Azərbaycanla birlikdə həyata keçirmək istəyirik”.Türkiyənin "Akşam” qəzetin verdiyi məlumata görə, Əhməd Davudoğlunun TBMM vəkilləri ilə mətbuata bağlı iclası zamanı Ermənistanla sərhəd qapılarını açılmasına hazırlıq görüldüyü və yaxın zamanada baş tutacaq Azərbaycan səfərində əsas müzakirə mövzusunun bu məsələ olacağını açıqlayıb. Davudoğlu bu açıqlamanı MHP millət vəkili Sinan Oğanın "Ermənistanla sərhəd qapısında və dəmiryolunda bəzi işlər aparılır. Sərhədin açılması istiqamətində hər hansı hazırlıq varmı” sualından sonra verib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti