Türkiyə Azərbaycanda raket istehsalına başlayacaq

Türkiyə Azərbaycanda raket istehsalına başlayacaq
Türkiyə müdafiə sənayesi dünya bazarına çıxır. Hərbi şirkət “Roketsan”ın sonuncu müqaviləsi Azərbaycan ilədir.Oxu.Az Vesti.ru-ya istinadən bildirir ki, Türkiyə KİV-in verdiyi informasiyaya görə müqaviləyə əsasən türklər Azərbaycan ordusu üçün raketlər istehsal edəcək, qeyd edilib ki, raketlərin yığılması azərbaycan zavodlarının birində aparılacaq.“Roketsan” Azərbaycan üçün 107 və 122 millimetrlik reaktiv raketlər istehsal edəcək. Raketin motoru və bütün detalları Türkiyədə hazırlanacaq, yığılması isə burda həyata keçiriləcək.107 millimetrlik raketlərin uçuş uzaqlığı 11 kilometr, 122 millimetrlik raketin isə - 40 km-dir.Bununla yanaşı, tank əleyhinə Umtas və Omtas raketlərinin buraxılışı da nəzərdə tutulur. Bundan əlavə AN-1S vertolyotunun da sınaq hazırlıqları aparılır.ANN.Az

Xəbər lenti