Travel: Azərbaycan – təbəssümsüz ölkə

Travel: Azərbaycan – təbəssümsüz ölkə

“Azərbaycanlı nənə mənə nə isə satmaq istəyəndə gülümsədi”.

Avstraliyanın The Australian mətbu orqanının bir hissəsi olan, səyahətlərə həsr olunmuş Travel portalı Azərbaycan haqqında “Learning how to smile in Azerbaijan” (Öyrənək görək Azərbaycanda necə gülümsəyirlər) başlıqlı məqalə dərc edib.

Oxu.Az xəbər verir ki, materialın tərcüməsi AZE.az-a dərc olunub.

“Təbəssüm çətin iş ola bilər – məqalənin müəllifi Adam MakKalok yazır. – Mən bunu Azərbaycanda kəşf etdim. Mehriban xidmət göstərmə mədəniyyətin bir hissəsidir, lakin təbəssüm yox”.

Keçmiş sovet respublikalarında yerli sakinlər bəzən gülümsəyən yad adamlara şübhə ilə baxırlar, məqalə müəllifi yazır. Və bu – Xəzərin sahilində neftlə zəngin, böyük sayda lüks brendlərin cəmləndiyi meqapolis üçün problemdir.

“Yeni Four Seasons Hotel Baku-nun möhtəşəm görünüşünün fonunda, keçirilən qəbulda bütün dünyadan olan baş menecerlərlə danışıram, - müəllif yazır. – Və bir çox şirkətlər öz işlərində əməkdaşlarını gülümsəməyə məcbur etmək üçün məsləhətçilərdən istifadə edirlər”.

Adam MakKalok bildirir ki, bələdçisi Balaşla birlikdə Şəkiyə - Azərbaycanda ən mehriban və şən insanların evi sayılan şəhərə gəliblər.

“Onlar Belarusda lətifə festivalında qalib gəliblər” – deyə, Balaş danışır. Müəllif isə bunun belə olub-olmadığını aydınlaşdırmağa çalışır.

“Böyük Qafqaz dağlarına qalxan kimi başa düşürəm ki, güclü şaxtalar, hündürlük və Rusiya sərhədinə yaxınlıq Şəkinin əleyhinədir. Şəhərdə yalnız kişilərin yaşadığı görünür (hansılar ki, mənim tədqiqatlarıma görə qadınlardan daha az gülümsəyirlər). Kişilər öz işləri ilə məşğuldurlar – insanlar yalnız özləri ilə tək qaldıqda, o da az hallarda gülümsəyirlər” – deyə, müəllif yazır.

Məqalə müəllifi yazır:

“Bakıya qayıtdıqdan sonra biz bazarda gilas və heyva satılan köşkün qarşısında dayanırıq. Mən meyvə satan, üzündə neytral ifadə olan nənəyə yaxınlaşıram. O isə məni görən kimi gülümsəyir və görünür ki, onun dişlərindən hər biri qızılla örtülüb”.

Görünür avstraliyalı səyahətçi anlamayıb ki, nə üçün Azərbaycanda insanlar nə isə satmaq istəyəndə gülümsəyirlər, adi həyatda isə, qonaqpərvərliyə baxmayaraq, gülümsəyən azdır.

www.oxu.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti