Trampın sabiq müşaviri həbs edildi

Trampın sabiq müşaviri həbs edildi
ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Rocer Stoun həbs edilib.

Ann.az xəbər verir ki, sabiq müşavir Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi ilə əlaqədar aparılan istintaq çərçivəsində Floridada saxlanılıb. 

Stoun 5 dəfə yalan danışmaq, şahidlərin ifadələrini dəyişdirmək, prosesə mane olmaqda ittiham edilir.
 
Qeyd edək ki, Stoun daha əvvəl Demokratlar Partiyasının üzvlərinin ələ keçirilmiş emaillərini "Wikileaks"lə paylaşmağa cəhdlər edib.

www.ann.az

Xəbər lenti