Trampın milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcək

Trampın milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcək
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gələcək.

"Report" xəbər verir ki, bu barədə C.Boltonun "Twitter" səhifəsində yazılıb.

"Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm", - C.Bolton yazıb.


www.ann.az

Xəbər lenti