​"Trabzonspor" klubuna yeni baş məşqçi təyin olundu

​
Komandaya 2 il ərzində Şota Arveladze rəhbərlik edəcək

Türkiyənin "Trabzonspor" futbol klubuna yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra komandaya Şota Arveladze rəhbərlik edəcək.

Gürcüstanlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda ildə 1 milyon 200 min avro qazanacaq.

Qeyd edək ki, Şota Arveladze bundan əvvəl Türkiyənin "Kayserispor" və "Kasımpaşa" klublarında baş məşqçi kimi fəaliyyət göstərib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti