Tiflisdə yaşayış binasında dəhşətli partlayış: yaralıların sayı artır (FOTO)

Tiflisdə yaşayış binasında dəhşətli partlayış: yaralıların sayı artır (FOTO)
Gürcüstanın paytaxtı Tiflisin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib.

Ann.az "Report”a istinadən xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.

Partlayış binada dağıntılara səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. 

Qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb. Bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır: "Yaralıların ikisinin tənəffüs yolları yanıb. Digər yaralananlar isə müxtəlif xəstəxanalara yerləşdirilib. Həkimlər onların həyatlarını xilas etmək üçün əllərindən gələni edirlər”.

Partlayış nəticəsində xəsarət alanlar arasında 7 aylıq uşağın da olduğu bildirilir. 
 



www.ann.az

Xəbər lenti