Təyyar Eyvazov: "Ölkədə epidemik proses nəzarət altına alınıb"

Təyyar Eyvazov:
"Artıq iki ilə yaxındır ki, yeni koronavirus infeksiyası ilə mübarizə aparırıq. Bu aylar ərzində hər birimiz öz həyatında bu infeksiyanın təsirini bu və ya digər dərəcədə hiss etməkdədir".

Ann.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində xəstəlik haqqında bilgilər xeyli genişlənib: "Virusa yoluxmadan özümüzü və yaxınlarımızı qorumaq üçün səfərbər olmuşuq. Dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir. Bu durumdan qalib çıxmaq üçün vətəndaş məsuliyyətinin nə qədər gərəkli olduğunu da anladıq. Birgə işlərimiz öz töhfəsini verməkdədir. İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Bu bizlərə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti