Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olundu (FOTOLAR)

Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olundu (FOTOLAR)
Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadov dəfn olunub.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri - professor Qəzənfər Paşayev, akademik Şahin Mustafayev, filologiya elmləri doktoru Şirindil Alışanov, Milli Məclisin deputatları - Səməd Seyidov, professor Nizami Cəfərov və digər şəxslər iştirak edib.

Qeyd edək ki, Teymur Bünyadov dünən axşam saatlarında dünyasını dəyişib.//APA
 

















Tərəfdaşların xəbərləri

Xəbər lenti