Terimi təəccübləndirən şüarlar

Terimi təəccübləndirən şüarlar

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim Superliqanın XI turundakı “Fənərbaxça” – “Qalatasaray” (2:0) matçında “sarı-lacivərdli” azarkeşlərin “imperator Terim” şüarları səsləndirməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan təcrübəli mütəxəssis bu hadisəyə təəccübləndiyini deyib: 

“Vəziyyət nə olursa-olsun hər kəs hər şeyi izləyir və hər kəsin özünəməxsus fikri var. Cəmiyyət dəyişir və insanlar doğru bildiyi şeyləri dilə gətirirlər. Açığı bu şüarları eşidəndə çox təəccübləndim. Fikrimcə, artıq ölkədə məni xüsusi insan kimi qəbul edirlər”. 

Qeyd edək ki, Terim cari ilin sentyabr ayında “Qalatasaray”dakı baş məşqçi vəzifəsindən kənarlaşdırılıb. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti