Ötən sutkanın koronavirus statistikası

Ötən sutkanın koronavirus statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ann.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 70 nəfərdir.

Ölkədə son sutka ərzində 3861, hazırkı dövrədək isə 6 842 319 test aparılıb.

Örən sutkada koronavirus əleyhinə 4558 vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 379 nəfərdir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti