Ötən il Bakı metrosu ilə 222 mln. sərnişin daşınıb

Ötən il Bakı metrosu ilə 222 mln. sərnişin daşınıb
Ötən il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 222 mln. nəfərə çatıb.

Bu göstərici ötən il ilə müqayisədə 3% artıb. Ümumilikdə 2015-ci ildə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.
www.ann.az

Xəbər lenti