Ötən gün yaşayış yerini tərk edən 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

Ötən gün yaşayış yerini tərk edən 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb
Dekabrın 4-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti