“Təlimlər ordunun döyüş hazırlığının əsas növüdür”

“Təlimlər ordunun döyüş hazırlığının əsas növüdür”
"Erməni tərəfinin narahatlığı bizi o qədər də təəccübləndirməməlidir”.

Ann.az xəbər verir ki, bunu "Ordu.az” saytının hərbi eksperti Ədalət Verdiyev deyib.

Ekspertin fikrincə, təlimlər yeni təhdidlərin aradan qaldırılması üçün hərəkət və fəaliyyətlərin təmin edilməsində mühüm rol oynayır:

"Azərbaycanla Türkiyə arasında əməkdaşlığın tarixi 1992-ci ilə, yəni müstəqilliyimizin elan edildiyi ilə dayanır. O vaxtdan Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq yalnız yüksələn xətt üzrə inkişaf edir. Hazırda bu əməkdaşlığın ən yüksək forması ikitərəfli genişmiqyaslı taktiki təlimlərdir. Qardaş ölkə ilə aramızda imzalanan sənədlər təlimlərin keçirilməsini mümkün edir. Bu təlimlərin keçirilməsi əsgər-zabit heyətinin formalaşmasında, döyüşlərin idarə edilməsində mühüm rol oynayır. Təlimlər paralel olaraq, qərargahların hazırlanmasında, birgə taktiki uçuşların həyata keçirilməsində, pilotlarımızın, eləcə də yerüstü xidmətlərin öz funksiyalarını yerinə yetirməsində, irəliyə addım atmasında əhəmiyyətlidir. İmzalanan sənədləri isə hər bir ölkə təbii qarşılamalıdır. Bunu istər ehtimal olunan rəqib ölkələrin, istərsə də digər ölkələrin narahatlıqla qarşılamasının heç bir əsası yoxdur”.

Ə. Verdiyev bildirib ki, təlimlər ordunun həyat tərzidir və bunu son hadisələrlə əlaqələndirmək düzgün deyil:

"Döyüş şəraiti olmasına baxmayaraq, bu genişmiqyaslı təlimlərdə əsgər, manqa, tağım, bölük, tabor, hərbi hissə, birlik, birləşmə və s. hərbi birləşmələrə qiymət verilir. Bu bölmələrin döyüşə hazırlığı yoxlanılır. Yeni ortaya çıxan müəyyən təhdidlər var, təlimlər onların aradan qaldırılması üçün hərəkət və fəaliyyətlərin təmin edilməsində mühüm rol oynayır. Bu təlimləri bəzi insanlar Tovuz hadisələri ilə əlaqələndirmək istəyirlər. Xeyr, belə deyil. Həm genişmiqyaslı, həm də iki və daha çox ölkənin qatıldığı birgə təlimlərin planlaşdırılması, keçirilməsi, təminatı və s. adətən əvvəlcədən qərarlaşdırılır”. 



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti