Tələbələrin köçürülməsinin vaxtı açıqlandı

Tələbələrin köçürülməsinin vaxtı açıqlandı
"Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək".

Ann.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu onlayn prosesdir və hər hansı problem olmayacaq: "Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti