Təhsil naziri məktəb direktorlarına tapşırıq verdi

Təhsil naziri məktəb direktorlarına tapşırıq verdi
Məktəb-müəllim-şagird-valideyn münasibətlərinin mövcud vəziyyəti təhlil edilməlidir.

Ann.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşündə deyib.

Görüş zamanı nazir məktəbdə müəllim-şagird münasibətlərinin diqqətdə saxlanılması istiqamətində fikirlərini bölüşüb:

"Şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsinə ehtiyac var.

Bununla yanaşı, məktəb rəhbərlikləri sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqlarını cəlb etməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qrupları müəyyənləşdirilməli, onlar barədə ətraflı məlumat hazırlamalıdır.

Ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin "Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməlidir”.

Həmçinin, bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.   

www.ann.az

Xəbər lenti