Tehranda təyyarə qəzası: 15 nəfərin meyiti tapıldı (FOTO/VİDEO/YENİLƏNİB)

Tehranda təyyarə qəzası: 15 nəfərin meyiti tapıldı (FOTO/VİDEO/YENİLƏNİB)
İranda "Boeng-707” tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Ann.az xəbər verir ki, hadisə yerindən 15 nəfərin meyiti tapılıb. Onların hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil.

İranın Məhkəmə-Tibbi Ekspertiza Təşkilatından bildirilib ki, təyyarədə ümumilikdə 16 nəfər olub. Onlardan biri sağ xilas edilib. Qurumdan qeyd edilib ki, ölənlərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. 

***12.30

İranda qəzaya uğrayan "Boeng-707” tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.

Ann.az xəbər verir ki, təyyarənin göyərtəsində 16 nəfər olub. Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.

***10.40
 
İranda "Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb.

Ann.az xəbər verir ki, Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verən qəza zamanı təyyarədəki 10 nəfərin həlak olduğu bildirilir.

Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş. Məlumata görə, pilotun idarəetmədə yanlışlığa yol verməsi nəticəsində təyyarə Kərəc şəhərinin Feth hava limanına enməyə məcbur olub. Pilot eniş edərkən, təyyarəni hava limanın divarlarına çırıpıb. Göyərtəsində 10 nəfərlik heyət olan təyyarənin aeroport yaxınlığındakı evlərə də çarpıldığı barədə məlumat yayılıb. Hadisə yerinə helikopterlə xilasediclər göndərilib. 
 




www.ann.az

Xəbər lenti