Taras Kuzio: "Ağdam Cənubi Qafqazın “Hiroşima”sıdır"

Taras Kuzio:
"Cənubi Qafqazın "Hiroşima”sı, Qarabağın Ağdam şəhəri 27 illik erməni işğalı zamanı tamamilə talan edilib və dağıdılıb”.

Ann.az xəbər verir ki, bunu Ukraynanın "Kiyev-Mohıla Akademiyası” Milli Universitetinin professoru Taras Kuzio tvitter səhifəsində yazıb.

"Əvvəllər işğal altında olmuş bu bölgədə indi nə pəncərə, nə qapı, nə də dam tapa bilməzsiniz”, - o deyib.

Xatırladaq ki, Taras Kuzio ADA Universitetinin aprelin 13-də təşkil etdiyi "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransında iştirak edib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti