Tank minasından sağ çıxan həkim-qazi: "Dartdım, qolu əlimdə qaldı" (VİDEO)

Tank minasından sağ çıxan həkim-qazi:
Qaynar TV 44 günlük Vətən müharibəsində başına gələn dəhşətli hadisələrdən danışan həkim-qazi Məhəmməd Kərimli haqqında sənədli film hazırlayıb. 

Qeyd edək ki, 1992-ci il Qəbələ rayonunda anadan olan Məhəmməd Kərimli 2015-ci ildə Azərbaycan Tibb Universitetini bitirib və orduda həkim kimi fəaliyyətə başlayıb. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətlərdə gedən döyüşlərdə də iştirak edən qazimiz müharibədən əvvəl də ön xətdə xidmət edib.

2020-ci il oktyabrın 26-da Xocavənddə yaralıları döyüş meydanından çıxaran zaman avtomobillə minaya düşən həkim və bir əsgər sağ qurtula bilib. Lakin həmin maşındakı dörd nəfər şəhid olub. 

Qazi deyir ki, bədəninin 45 faizi demək olar ki, yanıb:

"Kürək, bel, ayaq, üz, baş nahiyəm və əllərim tam yanmışdı. Eyni zamanda, qol və qarın hissəm də qismən yanmışdı. Həmçinin, birinci bel fəqərəm sındı, sol qolum çıxdı və sağ ayağımı böyük qəlpə kəsmişdi". 

Şəhidlərimizin son anlarına şahidlik edən həkim-qazimiz bir çox şəhidimizin son sözlərini də eşidib.

Daha ətraflı Qaynar TV-də...


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti