Tanınmış xanəndəmiz vəfat etdi (FOTO)

Tanınmış xanəndəmiz vəfat etdi (FOTO)
Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

Ann.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Bəstəkar 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub.

O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur "Neyçün bəs” mahnısının müəllifidir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirib.
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti