Tanınmış modelyer Zülfiyyə Sultan dəbsevərləri bir araya gətirdi (FOTO/VİDEO)

Tanınmış modelyer Zülfiyyə Sultan dəbsevərləri bir araya gətirdi (FOTO/VİDEO)
Bakıda tanınmış modelyer Zülfiyyə Sultanın moda məktəbi bu sahəyə maraq göstərən xanımları bir araya gətirib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sahədə arzularını reallaşdırmaq istəyən xanımlara "Moda və tekstil" mövzusunda seminar keçirilib. Moda evləri və kiçik tekstillərin aktual olduğu bir dönəmdə Zülfiyyə Sultan moda məktəbi tərəfindən qadınlar üçün təşkil edilən bu seminar marifləndirici və həvəsləndirici  xarakter daşıyıb.

Moda məktəbinin mütəxəssisləri seminarda xanımları içşi qüvvəsinə tələbin artdığı bir dönəmdə bu fürsətdən faydalanıb vaxtlarını düzgün istifadə etməyə çsğırıb.  

Moda məktəbinin direktoru, modelyer Zülfiyyə Sultan iştirakçılara tekstil və dəb mövzusunda ətraflı məlumat verib, bu sahənin müxtəlif istiqamətlərindən, yeni trendlərindən ətraflı danışıb.

Çinarə Natiq moda və tekstilin bu günümüzə qədər inkişaf mərhələlərindən və yeniliklərindən danışıb. 

Ellada Poladova tekstil və atelye sistemində əl işlərinin  fərqliliyindən bəhs edib.

Aytən Qacar isə bu sahədə marketinq ve PR-ın rolu haqqında faydalı və maraqlı məlumatlar  verib. 

Fəridə Məmmədova xaricdə təhsilin müsbət və mənfi tərəflərindən və reallıqlarından danşıb, bu sahə üzrə xaricdə təhsil almaq istəyən xanımlara maraqlı məlumatlar verib.  

Daha sonra  Zülfiyyə Sultan moda məktəbinin fərqlənən və öz brendlərini yaradan tələbələrinin dəfiləs nümayişini əks etdirən video materuial nümayiş olunub.
 





Xəbər lenti