Tanınmış jurnalist dünyasını dəyişdi

Tanınmış jurnalist dünyasını dəyişdi
Tanınmış jurnalist Tofiq Gülməmmədov dünyasını dəyişib.

Ann.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Elnarə Dərziyeva məlumat yayıb:

"Dəyərli jurnalist, həyat eşqli insan - Tofiq Gulməmmədovu itirdik. Ölüm sizə yaraşmırdı, Tofiq müəllim... Çox pis xəbər oldu. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Gülməmmədov Tofiq Attıxan oğlu 1960-cı il may ayının 9-u anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidməti üzrə meneceridir.

www.ann.az

Xəbər lenti