Tanınmış azərbaycanlı rejissor qəflildən dünyasını dəyişdi

Tanınmış azərbaycanlı rejissor qəflildən dünyasını dəyişdi
Sumqayıtda ölüm hadisəsi baş verib.

Ann.az ONA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında  şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

1954-cü il təvəllüdlü Rövşən Almuradlı rejissordur.

Allah rəhmət eləsin...

www.ann.az

Xəbər lenti