Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidir

Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidir
Biz insan olaraq, daim nəyisə gözləyirik: bazar ertəsi gəlsin siqaret çəkməyi tərgidəcəyəm, gələn həftədən pəhrizə başlayacağam, Yeni İldə özümə hədiyyə alacağam, ad günümü filan yerdə keçirəcəyəm və daha minlərlə müxtəlif gözləmələr. 

İstənilən halda, bir insan kimi öz inkişafımız üçün özümüzə müəyyən bünövrə, başlanğıc nöqtəsini müəyyən edirik: bir az da pulum olsun, bir az da böyüyüm, bir az da güclü olum və minlərlə "bir azlar”. 

"MediaPost” bildirir ki, ordumuz bizim kimi insanlardan, Azərbaycanın ən sağlam, vətənpərvər, fiziki və mənəvi cəhətdən xüsusi bacarıqlara malik, öz torpağını sevən və ölkəmizin gələcəyi naminə fədakarlıq göstərməklə gündəlik qəhrəmanlıq nümayiş etdirən fərdlərdən, oğul və qızlarımızdan ibarətdir. İnsan olaraq, onların da öz gözləmələri, "bir azlar”ı və istəkləri var.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək
Sadalanan xüsusiyyətlər hər birimizə şamil edilə bilər, çünki bu ölkədə yaşayan, milliyyətindən, dinindən, əqidəsindən, dəri rəngindən asılı olmayaraq, hər birimiz üçün Vətənimizin gələcəyi öz gələcəyimizin ayrılmaz hissəsidir. Lakin yuxarıda sözügedən bacı və qardaşlarımızı bizdən fərqləndirən amil məhz onların hərbi geyim formasını daşıması, vahid komandanlıq prinsipinə riayət etməsi, müvafiq qayda və tələblərə əsasən hərəkət etməsi və nəticədə, istək və arzularının, hədəf və tapşırıqlarının, ümdə məqsədlərinin bir olmasıdır - bu da Vətəndir! 

Ordumuz cəmiyyətin tərkib hissəsi olaraq, vahid, böyük, öz qayda və qanunlarına malik mexanizm – orqanizm, böyük bir ailə kimi fəaliyyət göstərir. Ordunun qarşısında həm sülh dövründə, həm də müharibə zamanı icra edilən bir neçə vəzifə və tapşırıq var. Hər bir vəzifənin bacarıqlı icrası geniş bilik, bacarıq və vərdiş tələb edir. Bu isə yalnız və yalnız təlimlər keçirməklə mümkündür. Ordu orqanizminin vahidliyi onun hər bir üzvünün digəri ilə birgə, uzlaşmış və paralel fəaliyyət aparmağa qabiliyyətli olmağından ibarətdir. Necə deyirlər, bir nəfər hamı üçün, hamı – bir nəfər üçün!

Polkovnik: "Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin ...
Bu vahidlik fərdi hazırlıqdan başlayır, manqa, tağım, bölük, tabor, briqada, korpus və ümumiyyətlə, ümumordu təlimlərlə əldə edilir. Bununla yanaşı, müxtəlif qoşun növlərinin təlimləri, müttəfiqlərin və tərəfdaşların, o cümlədən iki və çoxsaylı tərəflərin qarşılıqlı fəaliyyəti əsasında dövlətlərarası təlimlər də keçirilir. Taktiki, operativ və strateji səviyyədə keçirilən bu təlimlər ordumuzun nəyə qadir olmasının əyani sübutudur.       

Təlimlərdə ilk növbədə nəzəriyyə bilikləri işlənilir, sonra isə praktiki hərəkətlərlə zəruri vərdişlər işlənilir. Silahla və silahsız fəaliyyət, müxtəlif ölçülü bölmələrin yerdəyişməsi, gündüz və gecə zamanı atışlar, iqlim və ərazi landşaft dəyişməklə təlimlər ilin müxtəlif fəsillərində keçirilir.

 "Gözləmələrə” və "bir azlara” qaldıqda isə, ordunun istənilən bölməsinin gündəlik fəaliyyəti məhz təlimdən-təlimə ölçülür, çünki təlim nəticələri hər bir əsgər, çavuş, gizir və zabitin üzüdür, çünki taktiki təlim istənilən bölmənin döyüş hazırlığının uca nöqtəsidir.

  Bildiyiniz kimi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair müqavilə ilə nəzərdə tutulmuş döyüş hazırlığının illik planına əsasən, Azərbaycan ərazisində iyulun 29-dan birgə genişmiqyaslı taktiki və uçuş-taktiki təlimlər başlayır. Təlimlərin gedişində döyüş atışlar da nəzərdə tutulub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti