Şvaynştayqer "Bavariya"da qaldı

Şvaynştayqer
Bastian Şvaynştayqerin "Bavariya"dan ayırılıb-ayrılmayacağı dəqiqləşib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Münhen klubunun baş məşqçisi Pep Qvardiola keçirdiyi mətbuat konfransında 30 yaşlı yarımmüdafiəçinin yeni mövsümdə də "Bavariya"da oynayacağını deyib:

"Bastian komandanın önəmli futbolçularından biridir. O, "Bavariya"da qalacaq".

Qeyd edək ki, "Mançester Yunayted" B.Şvaynştayqeri transfer etmək istəyirdi.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti