Şuşaya gedən Zəfər yolu nə vaxt istifadəyə veriləcək? (RƏSMİ)

Şuşaya gedən Zəfər yolu nə vaxt istifadəyə veriləcək? (RƏSMİ)
Şuşaya gedən Zəfər yolunun avqust ayının sonuna qədər asfaltlanması planlaşdırılır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib. 

Sədr Şuşaya torpaq yolla gediş-gəlişin mümkün olduğunu qeyd edib:

"Yolun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Şuşaya gedən yolun 61 kilometrə yaxın hissəsi minadan tam təmizlənməyib, yalnız yolun çəkiləcəyi ərazinin 7 metr enində olan hissəsi təhlükəsizdir.

Ümumilikdə isə ikinci dərəcəli yol çəkmək üçün bizə 17 metrlik zolaq lazımdır. Biz yolların tikintisində çalışan insanların təhlükəsizliyini də nəzərə alırıq. Minalardan təmizlənmə işləri həyata keçirildikcə biz də yolun genişləndirilməsini təmin edəcəyik. Ümumilikdə avqustun sonuna qədər Zəfər yolu xalqın istifadəsinə veriləcək”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti