Şuşada yol qəzası: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı

Şuşada yol qəzası: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı
Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Bu barədə Ann.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Tərəfdaşların xəbərləri

Xəbər lenti