Suriyada döyüşən azərbaycanlıların dəhşətli videosu yayıldı - VİDEO

Suriyada döyüşən azərbaycanlıların dəhşətli videosu yayıldı - VİDEO
Suriyadakı döyüşlərə qatılan həmyerlilərimiz orda qəhrəmanlıq yox, vəhşilik edirlər. Məhz bizim azərbaycanlılar Suriyada baş kəsir. Artıq Suriyada döyüşən azərbaycanlıların törətdiyi dəhşətli qətlin videosu yayılıb. ANS TV-nin məlumatına görə, kadrlarda azərbaycanlı döyüşçülərin düşmən hesab etdikləri başqa bir dini qruplaşma üzvünün başını kəsməsi əks olunub. Milli Məclisin Təhlükəsizlik Müdafiə Komitəsinin üzvü Zahid Oruc hesab edir ki, ideoloji olaraq təlimatlandırılmış bu şəxslərin əməlləri sonradan özümüzə qarşı çevrilə bilər. Buna görə də əlaqədar qurumlar konkret tədbirlər görməlidir. Zahid Orucun sözlərinə görə, onlar kamikadzeliyə hopdurulmuş insanlardır: “Sabah qayıdanda biz onları gül-çiçəklə qarşlımalı deyilik, qanun sərt şəkildə işləməlidir.” Bu tip halların qarşısının alınması üçün qanunlarımız kifayət qədər sərtləşdirilib. Parlamentin qəbul etdiyi Cinayət Məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadəyə görə də cəzalar artırılaraq 8 ildən 12 ilədək oldu. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə cəza 9 ildən 15 ilədək nəzərdə tutulur. Onlardan biri artıq müəyyən olunaraq həbs edilib. MTN təcridxanasında saxlanılan həmin şəxs Qəbələ rayon sakini, 25 yaşlı Əhməd Həsənovdur. O, qanunsuz yolla Suriyaya gedərək 6 ay döyüşlərdə iştirak edib. 6 ay sonra Azərbaycana qayıdanda hava limanında həbs edilib. Həmin şəxslə görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ANS-ə bildirdi ki, o, tutduğu əmələ görə peşimandır. Lakin bu peşimançılıq onu məsuliyyətdən azad etmir. Hüquq müdafiəçisi hesab edir ki, Suriyada döyüşən hər bir azərbaycanlı ölkəyə qayıtdıqdan sonra hüquq mühafizə orqanlarının nəzarətinə götürülür.Elçin Behbudovun sözlərinə görə, bizim hüquq mühafizə orqanlarının peşəkarlıq səviyyəsi Suriyadan qayıdan azərbaycanlı döyüşçülərin zərərsizləşdirilməsi, nəzarətə götürülməsinə kifayət edir: “Belə şəxslər xüsusilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəzarətdə saxlanılır və onların hamısı qeydiyyatdadır.” Müxtəlif mənbələrin yaydığı məlumata görə, Suriyada döyüşlərdə 100-dən çox azərbaycanlı iştirak edir. Onların bəziləri vətəndaş müharibəsi gedən ölkəyə ailələrini də aparıblar. İndiyədək müxtəlif informasiya agentlikləri, habelə Suriyada döyüşən radikallara aid internet saytlar 50-ə yaxın azərbaycanlının döyüşlərdə həlak olması barədə məlumat yayıb. Ən son olaraq torpağı işğal altında qalan Şuşa köçkünü 24 yaşlı Şirazi Hüseynov başqa bir ölkənin azadlığı uğrunda döyüşlərdə öldürülüb. Elə Şuşanın işğalına bir neçə gün qalmış.ANN.Az

Xəbər lenti