Sürətli islahatlar kursunda rol ala bilən kadrlar önə çəkilir (RƏYLƏR)

08 Oktyabr 2019, 17:27
08 Oktyabr
2019
17:27
267
Milli Məclisin deputatları Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini yüksək qiymətləndirir.
Deputat Musa Quliyev "Report”a açıqlamasında bildirib ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi doğru addımdır. Onun sözlərinə görə, Əli Əsədov cəmiyyətin çox yaxşı tanıdığı islahatçı kadrlardan biridir: "Əsədov uzun illər ulu öndər Heydər Əliyevlə çalışıb, Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi olub. O, iqtisadiyyat sahəsində alimdir, yenilikçi bir insandır. Prezident İlham Əliyevin ortaya qoyduğu sürətli sosial-iqtisadi islahatlar kursuna uyğun olaraq, Nazirlər Kabineti də çevik reaksiyasını verməlidir. Prezident İlham Əliyevin tapşırıqlarını, tövsiyələrini çevik, operativ olaraq insanlara və dövlətə sərfəli olan şəkildə həll etməkdən ötrü Nazirlər Kabinetinin başında bu sahəni dərindən bilən, yenilikçi, sədaqətli bir şəxsin olması vacib idi. Ona görə də düşünürəm ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi uğurlu seçimdir. Prezidentin son dövrlər başlatdığı kadr islahatları da dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Bu addımlar xalqın sosial rifahının yüksəldilməsinə yönələn addımlardır”.
M.Quliyev qeyd edib ki, kadr islahatlarının aparılması Prezident İlham Əliyevin səlahiyyətinə daxildir, dövlət başçısı peşəkar, təşəbbüskar kadrları önə çəkir, vəzifəyə təyin edir: "Həmin kadrlar özlərini doğrultmaqdadırlar. İndiyə qədər təyin olunan kadrların keyfiyyətli olduğunun şahidi olmuşuq”.
Deputat Tahir Rzayev "Report”a açıqlamasında deyib ki, Prezident İlham Əliyev peşəkar, həyata keçirilən islahatlarda rol ala bilən kadrları irəli çəkir, etimad göstərir: "Həmin kadrlar da özlərini doğruldurlar. Əli Əsədov da peşəkar kadr kimi irəli çəkilib. Onun iqtisadi sahədə çox böyük səriştəsi var, uzun müddət Heydər Əliyev siyasi kursuna xidmət edib. Prezident onun qabiliyyətinə, bacarığına yaxından bələddir. Belə bir şəxsin Baş Nazir olması ölkənin gələcək inkişaf üçün çox vacibdir. Nazirlər Kabinetində uzun müddətdir ki, islahatlar həyata keçirilir. Hər kəsə aydındır ki, son bir ildə böyük islahatlar həyata keçirilib. Bunu nəinki Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, siyasətçilər yüksək qiymətləndirirlər. Bu, həyata keçirilən siyasətin uğurunu göstərir. Düşünürəm, islahatlar bundan sonra da müvəffəqiyyətlə davam edəcək”.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "Report”a açıqlamasında Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini çox yüksək qiymətləndirdiyini vurğulayıb: "O, uzun müddətdir ki, ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edir, 1990-cı illərdən partiya sıralarında aktiv olub, Heydər Əliyev siyasi kursuna sadiq insandır. Son 20 ildə ixtisasına uyğun olaraq iqtisadiyyatla məşğul olub. Onun sosial islahatların həyata keçirilməsində rolu mühümdür. Əminəm ki, Əli Əsədov Prezident İlham Əliyevin göstərdiyi böyük etimadı şərəflə doğruldacaq, ölkənin məhz iqtisadiyyatının inkişafı, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün əlindən gələni əsirgəməyəcək, yüksək nəticələrlə bu vəzifəni yerinə yetirəcək”.
Deputat qeyd edib ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi qarşıya qoyulan hədəflərin, aparılan islahatların məntiqi nəticəsidir: "Azərbaycanda islahatlar bütün sahələrdə aparılır. İslahatlar bundan sonra da davam edəcək. Qarşıda böyük hədəflər var, bu ilk növbədə "yol xəritələri” ilə bağlıdır. Neftdən asılılığın azaldılması, post-neft dövrünün iqtisadiyyatının formalaşdırılması mühüm məsələdir. Bunu düzgün başa düşmək lazımdır, demirəm ki, Azərbaycan post-neft dövrünə qədəm qoyub. Sadəcə, gələcəkdə neft tükənəndə, hansı addımlar atılacaqsa, ona indidən hazırlaşmalıyıq. Yeni təyin olunan Baş Nazirin bu sahədə çox böyük təcrübəsi var”.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədov Baş Nazir təyin edilib.
www.ann.az
Xəbər lenti
-
12:34Abşerondan iddialı namizəd - Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
14:43Masallıda zəlzələ oldu
-
12:57Həftənin ilk gününə gözlənilən hava proqnozu
-
11:12ABŞ açıqladı: Azərbaycan 2020-ci ildə nə qədər neft hasil edəcək?
-
10:53Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - Açılış vaxtı bəlli oldu
-
10:19Cəbhədə vəziyyət necədir?
-
16:57Prezident icra başçısını təltif etdi
-
15:37Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı
-
15:24Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi (RƏSMİ)
-
13:07Bazar günü hava yağmursuz olacaq
-
12:29Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan! (R)
-
11:27Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaq
-
11:00Bakıda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var
-
10:42Nazir Naxçıvan məhkəmələri ilə bağlı əmr imzaladı
-
10:11Erməni silahlı bölmələri atəşkəsi 20 dəfə pozdu
-
17:55Ermənistanla sərhəddə döyüş mövqelərimiz irəli çəkilib (RƏSMİ)
-
17:17İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi
-
17:16Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrıldı
-
16:51Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)
-
15:25"İnsanlar sürət qatarlarına üstünlük versə, bu, Bakı-Sumqayıt yolundakı sıxlığı azaldacaq" (RƏY)
-
14:45Prezident tankerin istismara verilməsi mərasimində (FOTOLAR)
-
14:25Vilayət Eyvazov Novruz Məmmədovun oğluna vəzifə verdi
-
13:22Şənbə gününün hava proqnozu açıqlandı
-
11:52ABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"
-
11:41Baş nazirdən hakimiyyət orqanlarına tapşırıq (SƏRƏNCAM)
-
11:23Türkiyədən ABŞ-a qondarma "erməni soyqırımı" etirazı
-
10:40ABŞ Senatı "erməni soyqırımı" haqda qətnaməni qəbul etdi
-
10:37Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN cərimə olunacaqsız
-
21:44Şamaxıda Heydər Əliyevin anım günü qeyd olundu (FOTOLAR)
-
16:50Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! (R)
-
16:29"Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
-
15:33Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması
-
13:31Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi (FOTO/YENİLƏNIB)
-
13:22Weather forecast for tomorrow announced
-
13:21Sabah hava necə olacaq?
-
12:21Aparat rəhbərinin müavini: "Nazirlər Kabinetində islahatlar davam edir"
-
12:09Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
-
11:41Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə rəsmi münasibət
-
10:05İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib (FOTO)
-
10:01Mehriban Əliyeva: "Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” (FOTO)
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
12 Dekabr 2019
Digər xəbərlər
-
Siyasət
Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı
-
Siyasət, Qaynari.nfo
Ermənistanla sərhəddə döyüş mövqelərimiz irəli çəkilib (RƏSMİ)
-
Siyasət, XƏBƏR LENTİ REKLAM, Manşet, Qaynari.nfo
Abşerondan iddialı namizəd - Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
Siyasət
ABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"
-
Siyasət
Türkiyədən ABŞ-a qondarma "erməni soyqırımı" etirazı
-
Siyasət, Manşet
ABŞ Senatı "erməni soyqırımı" haqda qətnaməni qəbul etdi
-
Siyasət
Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması
-
Siyasət, Qaynari.nfo
Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə rəsmi münasibət
-
Siyasət
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi