Sumqayıtdakı qəzada ölənlərin sayı 3-ə çatdı: 14 yaralı var (FOTO/VİDEO/YENİLƏNİB)

Sumqayıtdakı qəzada ölənlərin sayı 3-ə çatdı: 14 yaralı var (FOTO/VİDEO/YENİLƏNİB)
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində "Mercedes" markalı mikroavtobus ilə "Shagman" markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Ann.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində "Mercedes"in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.

***10.48
 
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

Ann.az "Report"a istinadən xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

Qəzada 14 nəfər yaralanıb:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964
Rzayeva İlona Rauf qızı, 1950
Məmmədova Elvira İvan qızı, 1967
Qasımova Səbinə Kərim qızı, 1968
Rudika Jakka Anatoli qızı, 1966
Kuranika Viktoriya Oleq qızı, 1988
Buqlova Varvara Silifon qızı, 1945
Mamedova Ludmila Andrey qızı, 1947
Tarfonof İqor Aleksandr qızı, 1962
İsmayılova Tamara Hacışaban qızı, 1941
Zapalovnaya Yevgeniya Mixail qızı, 1940
Rzayeva Raya Dimitri qızı, 1951
Quliyeva Svetlana Kamal qızı, 1946
Maskiviçova Tatyana Dimitrı qızı, 1948

***09.48
 
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

Ann.az "Report"a istinadən xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.
 
***09.08
 
Sumqayıtda sərnişin avtobusu qəzaya uğrayıb.

Ann.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır.
 








Xəbər lenti