ÜST koronavirusla mübarizə ilə bağlı Azərbaycana yeni tövsiyələr verdi

ÜST koronavirusla mübarizə ilə bağlı Azərbaycana yeni tövsiyələr verdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 10 günlük səfərdə olmuş missiyası COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsinin və test strategiyasının gücləndirilməsini tövsiyə edir.

"Report" xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST-nin COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir: "Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərdən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda bu əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti