Sürücülərə ŞAD XƏBƏR

Sürücülərə ŞAD XƏBƏR
Paytaxtımızda yeni avtomobil yolu istifadəyə veriləcək.Bakı şəhərinin Nobel prospektinə paralel olan dənizkənarı ərazidə 8 hərəkət zolaqlı yeni avtomobil yolunun inşası davam etdirilir.Avtomobil yolunun tikintisini həyata keçirən “Azvirt” MMC-dən bildiriblər ki, layihədə yol qovşaqlarının, mühəndis qurğularının və yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.Yolun ümumi uzunluğu 2 kilometr, hərəkət zolağının eni isə 3,75 metr təşkil edəcək. Burada həmçinin 4 piyada keçidi də inşa olunacaq.Layihə üzrə tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.//AzərTAc

Xəbər lenti