Son sutkada koronavirusa yoluxanların sayı açıqandı

Son sutkada koronavirusa yoluxanların sayı açıqandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ann.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 987 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 163, bu günə qədər isə ümumilikdə 6 885 286 test icra olunub.
 
Son sutkada 2 747 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı 206 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 026-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 236 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 718 660, birinci doza peyvəndlərin ümumi sayı 5 347 151, ikinci doza vaksinlərin sayı 4 848 462 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 277 606, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 441 olub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti