SOCAR yeni kompleks inşa edir

SOCAR yeni kompleks inşa edir

“ARDNŞ yanacağın keyfiyyətinin artırılması üçün müəyyən addımlar atır. Bu, 2004-cü ildən başlayan böyük proqram olub kifayət qədər böyük vəsaitlər tələb edir və bir neçə mərhələdən ibarətdir”.

 

“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda mövcud zavodlarda iqtisadi cəhətdən yalnız “Avro-3” səviyyəsinə uyğun yanacağın istehsalı təşkil edilə bilər: “Avro 5” standartına uyğun yanacağın istehsalı üçün kifayət qədər böyük vəsait, yeni texnologiyalar lazımdır. Hazırda ARDNŞ Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksində o zamanın avro standartlarına uyğun yanacaq istehsal olunmasını nəzərdə tutub. O vaxta qədər isə biz “Avro-3” standartına uyğun yanacaq istehsal edəcəyik”.

D.Məmmədov əlavə edib ki, həmin kompleks hazır olduqdan sonra mövcud zavodların fəaliyyəti tədricən dayandırılacaq: “Onlar ya söküləcək, ya satılacaq, ya da dəmir kimi istifadə olunacaq”.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti