SOCAR və “Uzbekneftegaz” ticarət əməliyyatları üçün birgə müəssisə yaradacaq

SOCAR və “Uzbekneftegaz” ticarət əməliyyatları üçün birgə müəssisə yaradacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Uzbekneftegaz” neft qaz şirkəti Avropa və digər ölkələrdə treydinq əməliyyatları həyata keçirmək üçün birgə müəssisə yaradacaq.

"Report” xəbər verir ki, bu barədə Özbəkistan şirkətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu məsələ SOCAR, "SOCAR Trading” və "Chemtrade LLC” şirkətlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti ilə "Uzbeknefteqaz” şirkətinin görüşündə müzakirə olunub. Tərəflər treydinq əməliyyatlarının həyata keçirilməsi üçün birgə müəssisəsinin yaradılması sahəsində əməkdaşlıq istiqamətinin perspektivlərini müzakirə ediblər.

Şirkətin məlumatında deyilir ki, görüş tərəflər arasında "Uzbekneftegaz” İdarə Heyəti ilə Bakıya səfəri zamanı əldə olunmuş razılıqlar çərçivəsində təşkil edilib. Görüşdə treydinq əməliyyatlarının həyata keçirilməsi üçün bir müəssisənin yaradılması sahəsində əməkdaşlıq istiqamətinin perspektivləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən, tezliklə yeni birgə müəssisənin yaradılması üçün atılacaq növbəti addımlar müəyyən edilib.


www.ann.az

Xəbər lenti