SOCAR-ın vitse-prezidenti: “Neft-kimya strategiyamızın əsas istiqaməti yüksək əlavə dəyər yaradan məhsullar istehsal etməkdir”

20 Noyabr 2019, 09:51
20 Noyabr
2019
09:51
124
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "Argus Media"ya müsahibə verib.
Ann.az "Report"a istinadən həmin müsahibəni təqdim edir:
- Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya prosesini təsvir edə bilərsinizmi?
- Burada işlər 2015-ci ildə başlanılıb. Əsas hədəflər "Avro 5” standartında yanacaq istehsal etmək, növbəti 15-20 il ərzində tələbatı qarşılamaq üçün istehsal həcmini artırmaq, etibarlı, davamlı, təhlükəsiz və ekoloji təmiz istehsal həcmi yaratmaqdır. Biz illik avtomobil benzini istehsalını 1,3 mln. tondan 2,2 mln. tona, dizel yanacağı istehsalını 1,9 mln. tondan 2,9 mln. tona, təyyarə yanacağı istehsalını 600 min tondan 1 mln. tona çatdırmaq istəyirik.
Biz layihəni iki hissəyə bölmüşük. Paket A Dizel yanacağının hidrotəmizlənməsi, C4 hidrogenləşmə, İzomerləşmə, MTBE, Hidrogen alınma daxil olmaqla yeni qurğuların inşasını əhatə edir. Ümumilikdə, 14 yeni qurğunun inşası nəzərdə tutulur. Paket B isə Vakuum Qazoylun Hidrotəmizlənməsi, Katalitik Krekinq, Katalitik Riforminq daxil olmaqla mövcud qurğuların rekonstruksiyasını nəzərdə tutur.
Biz 2017-ci ildə "Maire Tecnimont” şirkətini Paket A, "Tecnicas Reunidas” şirkətini isə Paket B üzrə podratçı olaraq seçmişik. Paket A üzrə işlərin 58%-dən çoxu icra olunub və işlər qrafik üzrə irəliləyir. Biz bu paket üzrə işləri 2021-ci ilin IV rübündə yekunlaşdırmağı və "Avro 5” standartında dizel istehsalına başlamağı planlaşdırırıq. "Avro 5” standartında avtomobil benzini istehsalına isə 2022-ci ilin I yarısında başlanılacaq.
2018-ci ilin oktyabr ayında zavod təmirə dayanan vaxt "Tecnicas Reunidas” Paket B-dəki bəzi qurğuların rekonstruksiya üçün vəziyyətinin yaxşı olmadığını müəyyənləşdirdi. Nəticədə layihə idarəçiliyi üzrə podratçı "Wood Group”, "Amec Foster-Wheeler Italiana” törəməsinin yüksək tövsiyyəsi ilə planlaşdırılan rekonstruksiya əvəzinə yeni qurğular inşa olunması barədə qərar verildi. Yeni qurğuların inşasının 2024-cü ilin sonu, 2025-ci ilin əvvəllərində tamamlanması gözlənilir.
Daha çox yeni qurğuların inşasını nəzərdə tutan bu yeni strategiya bizə həcmləri tənzimləməyə imkan verir. Bu, həmçinin gələcək istehsalı yanacaq və neft-kimya xammalında yenilənmiş marketinq ssenarisinə uyğunlaşdırmağa imkan yaradır. Bu, neft emalı zavodunun ilkin istehsal göstəricilərini tamamilə dəyişdirə bilər. Hazırda yeni qurğular işə düşənədək mövcud qurğuların sağlam və işlək olduğuna əmin olmaq üçün mini-modernizasiya işləri görəcəyik.
Modernizasiya layihəsinin əhəmiyyətli hissəsi yekunlaşıb. Biz ötən il illik istehsal gücü 400 min ton təşkil edən yeni bitum qurğusunu istismara verdik. Bundan başqa, LPG doldurma stansiyası da istismardadır.
- Layihə yekunlaşanda daxili bazarın tələbatını tam ödəyə biləcəksinizmi?
-Əlbəttə. Zavod hətta hazırki istehsal gücündə belə Azərbaycanda daxili tələbatı tam ödəyir və ildə 500 min ton dizel yanacağı ixrac edilir. Bu layihə yekunlaşdıqdan sonra təxminən 25% benzin, 40% dizel və təyyarə yanacağı ixrac etməyi planlaşdırırıq.
- Əsas ixrac bazarları hansılardır?
- Gürcüstan və Türkiyə bizim əsas hədəf bazarlarımızdır. Bəzi həcmlər isə Aralıq dənizi regionuna ixrac edilə bilər.
- Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri yekunlaşdıqdan sonra üçüncü tərəflərin xam neftinin emalı razılaşmasına əsasən digər şirkətlər zavodun güclərindən istifadə edə bilərmi?
- Biz üçüncü tərəflərin xammalının təminatını istisna etmirik.
- Neft-kimya strategiyanızı təsvir edə bilərsinizmi?
- Son bir neçə ildə bu istiqamətdə çoxlu işlər görülüb. Gələn il SOCAR-ın "Azərikimya” İstehsalat Birliyində yenidənqurma işlərini yekunlaşdıracağıq. Ötən il "SOCAR Polymer” layihəsi çərçivəsində Yüksəksıxlıqlı polietilen və Polipropilen zavodları istismara verilib. Bu zavodlar daxili tələbatı tam ödəyəcək və məhsulun böyük hissəsi ixrac olunacaq. Bu il yeni Karbamid zavodu da istismara verilib, həmçinin bir neçə il əvvəl SOCAR Metanol zavodunu işə salıb.
İllik 10 mlrd. kubmetr həcmində Qaz Emalı Zavodu, həmçinin Polimer qurğuları daxil olmaqla inteqrə olunmuş "SOCAR GPC” kompleksinin inşası planlaşdırılır. Bu kifayət qədər böyük layihədir və Yekun İnvestisiya Qərarının verilməsi gözlənilir.
SOCAR-ın neft-kimya strategiyası əsasən yüksək əlavə dəyər yaradan məhsullar istehsal etməkdir. Bu bizə daxili tələbatı ödəməyə, kiçik və orta sahibkarlığın inkişafına, aşağı qiymətə xammal təchizatı ilə yekun istehlak məhsulunda rəqabət yaratmağa imkan verəcək.
- Əvvəllər Bakıdan kənarda yeni neft emalı zavodunun inşası planlaşdırılırdı. Bu, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası ilə əvəzləndi?
- Bu yeni Neft emalı, Qaz emalı və Kimya zavodlarının inşasını nəzərdə tutan Neft-Qaz Emalı və Neft-kimya Kompleksi (OGPC) layihəsi idi. Bu layihə artıq hazır idi, lakin 2014-cü ildə dünya bazarında neftin qiymətinin düşməsi ilə SOCAR "Azərikimya”nın zavodu və mövcud neft emalı zavodunun modernizasiyasına qərar verdi. "SOCAR GPC” layihəsi OGPC layihəsinin kiçik versiyasıdır, lakin kompleksin eyni ərazidə inşası nəzərdə tutulur.
- Modernizasiya işləri yekunlaşdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda emal dərinliyi nə qədər olacaq?
- Modernizasiyadan sonra ağır məhsulların istehsalını minimuma endirəcəyik. Biz indi də mazut istehsalı etmədən əməliyyatlarımızı həyata keçiririk. Yalnız ölkənin elektrik sektorunda mazuta ehtiyac yaranarsa, onu istehsal edərik. Lakin hazırda buna ehtiyac yoxdur, çünki Azərbaycanın elektrik stansiyalarının əksəriyyəti qazla işləyir. Bizim əsas məqsədimiz modernizasiyadan sonra yüngül məhsulların çıxımını artırmaqdır. Biz gözləyirik ki, bu 87%-dən aşağı olmayacaq.
- Keçmiş "Azərneftyağ” zavodunda nə olacaq?
- "Azərneftyağ” zavodunun iki xammal qurğusu və bir bitum qurğusu Heydər Əliyev adına zavoda birləşib. Onların istehsal həcmləri hələ də işləkdir, lakin Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri yekunlaşandan sonra keçmiş "Azərneftyağ” zavodu bağlanacaq. Zavodumuzun modernizasiya layihəsi dünyada ən çətin layihələrdən biridir, çünki istismarda olan bir zavodda sağlamlığa, təhılükəsizliyə və ətraf mühit məsələrinə yüksək dərəcədə diqqət yetirməklə yeni qurğuları inşa edirik.
- STAR zavodunun uğurlu fəaliyyətindən sonra xaricdə yeni neft emalı zavodunun inşasını nəzərdə tutursunuzmu?
- Düşünmürəm ki, elə bir planımız var. SOCAR Türkiyəyə indiyədək 14-15 mlrd. dollarlıq bir investisya yatırıb. Bura illik istehsal gücü 10 mln. ton olan STAR neft emalı zavodu, əsas səhmdar olaraq çıxış etdiyimiz nəhəng neft-kimya komleksi "Petkim” və ökənin qaz, nəql və paylama sisteminə investisiyalar daxildir.
SOCAR həmçinin tərəfdaşı BP ilə birlikdə STAR zavodunun yaxınlığında yeni neft-kimya kompleksinin inşasını nəzərdə tutur. SOCAR BP Aromatiklər kompleksi ilə bağlı yaxın vaxtlarda Yekun İnvestisya Qərarının verilməsi gözlənilir. Bu zavodun layihəsi logistik üstünlüklərə malikdir, çünki birbaşa bitişik olan ixrac terminalına bağlıdır. Eyni zamanda, yaxınlıqda yerləşən STAR zavodu yeni layihələndirilən zavodumuzu xammalla təchiz edəcək. Onun STAR-la ortaq bir infrastuktura malik olması 400 mln. dollara qədər qənaət etməyə imkan yaradacaq. Aromatiklər kompleksi 1,8 mlrd. dollara başa gələcək. Bu məbləğin böyük hissəsi layihə maliyyələşdirilməsi hesabına həyata keçiriləcək.
- Azərbaycandan kənarda neft emalı zavodu almaq planlarınız varmı?
- Bizim belə planlarımız yoxdur. Biz bazardakı bütün təklifləri dəyərləndirəcəyik. SOCAR zavod almağı planlaşdırmır.
- STAR zavodunun uğurlarını necə qiymətləndirirsiniz?
- Layihə bizim gözləntilərimizə uyğun olaraq işləyir. Zavod ildə 4,8 mln. ton dizel yanacağın istehsalı ilə Türkiyənin ticarət balansında kəsirin bir hissəsini qarşılayır.
- Zavodun əsas xammalı "Urals” nefti olacaq, yoxsa digər xammalın məsələn, İraq sortu xam neftin də alınması nəzərdə tutulur.?
- Əvvəla, biz üç növ - "Kərkük”, "Urals” və "Azeri Light” markalı neftin istifadəsini nəzərdə tuturduq. İndiyə kimi, əsasən "Urals” neftindən istifadə edilib. Lakin STAR mürəkkəb quruluşu olan zavoddur. STAR tərkibində kükürdün çox və ya az olan, həmçinin ağır və ya yüngül olan müxtəlif növ neftləri emal edə bilər. Biz indiyə kimi, "Urals” neftindən istifadə etmişik, lakin bu demək deyil ki, gələcəkdə məhz bu brenddən mütləq istifadə olunacaq. Məsələn, STAR bu yaxınlarda Liviyadan karqo qəbul edib. Biz gələcəkdə daha çox ağır növlərin istifasinə hazırlaşırıq.
www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
13:22Weather forecast for tomorrow announced
-
13:21Sabah hava necə olacaq?
-
12:21Aparat rəhbərinin müavini: "Nazirlər Kabinetində islahatlar davam edir"
-
12:09Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
-
11:41Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə rəsmi münasibət
-
10:32Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi
-
10:05İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib (FOTO)
-
10:01Mehriban Əliyeva: "Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” (FOTO)
-
09:49"Qarabağ" Avroliqada son oyuna çıxır
-
09:28Heydər Əliyevin vəfatından 16 il ötür
-
16:58Neft Emalı Zavoduna yeni direktor təyin olundu (FOTO)
-
16:48Azercell-dən rəqəmsal Yeni İl kampaniyası! (R)
-
16:35İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı
-
13:59Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı açıqlama
-
12:49İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi
-
12:45Sabahın hava proqnozu
-
11:42“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanıldı
-
11:24Sabah Bakının bu yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
-
11:18YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
-
10:57Gürcüstandan Azərbaycana keçmək istəyən çobanın itləri sərhədçilərə hücum etdi
-
15:56Professor: "Üfüqi quyularla hasilatı bir neçə dəfə qaldıra bilərik" (RƏY)
-
15:12Bu tarixdən bütün pensiyalar 13-14% artacaq (RƏSMİ)
-
12:51FHN: "EuroHome”da yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)
-
12:49Yeni Ombudsmandan Baş prokurora müraciət
-
12:41Əbu Bəkr məscidi yenidən açılacaq (RƏSMİ)
-
11:30“EuroHome”dakı yanğın zamanı oğurluq: 3 nəfər saxlanldı
-
11:27Azərbaycanın Xalq artisti vəfat etdi
-
10:16Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldı
-
10:10Azərbaycan neftinin qiyməti 70 dollara çatdı
-
20:00Azercell "Ən yaxşı stend dizaynına görə" sertifikat aldı
-
16:46Naxçıvan Ali Məclisinə seçkilər təyin edildi (SƏRƏNCAM)
-
16:40Prezident yol təmirinə 7,8 milyon ayırdı
-
14:16Demokratik İslahatlar Partiyasının VI qurultayı keçirildi (FOTO)
-
13:58Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
-
13:49Xəzərə dair yüksək səviyyəli işçi qrupun növbəti iclasının tarixi açıqlandı
-
13:05Sabahın hava proqnozu
-
12:51Azərbaycanda yas mərasimlərinin keçirilməsinə qadağa qoyulur?
-
12:26Prezident rusiyalı naziri qəbul etdi
-
11:43Bu ilin sonuncu Günəş tutulması dekabrın 26-da baş verəcək
-
11:18Daha iki şirkət yeni radio üçün müsabiqəyə sənəd verdi
11 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
Digər xəbərlər
-
İqtisadiyyat, Qaynari.nfo
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
-
İqtisadiyyat
Neft Emalı Zavoduna yeni direktor təyin olundu (FOTO)
-
İqtisadiyyat
Azercell-dən rəqəmsal Yeni İl kampaniyası! (R)
-
İqtisadiyyat
İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı
-
İqtisadiyyat
Professor: "Üfüqi quyularla hasilatı bir neçə dəfə qaldıra bilərik" (RƏY)
-
İqtisadiyyat, Qaynari.nfo
Bu tarixdən bütün pensiyalar 13-14% artacaq (RƏSMİ)
-
İqtisadiyyat, Qaynari.nfo
Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldı
-
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 70 dollara çatdı
-
İqtisadiyyat
Azercell "Ən yaxşı stend dizaynına görə" sertifikat aldı