SOCAR-ın sosial şəbəkədəki paylaşımı böyük marağa səbəb olub

SOCAR-ın sosial şəbəkədəki paylaşımı böyük marağa səbəb olub
SOCAR-ın sosial şəbəkələrdəki rəsmi səhifələrində Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür ünvanlanıb.

ANN.Az  xəbər verir ki, sosial şəbəkələrdəki bu paylaşım istifadəçilər arasında böyük marağa səbəb olub. Belə ki, paylaşımı 250 minə yaxın insan görüb, 6 min isə bəyənmə qeydə alınıb.

Qeyd edək ki, Neft Daşları”nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz "İnstagram” səhifəsində neftçiləri təbrik edib. 

Təbrikə görə SOCAR-ın sosial şəbəkələrdəki rəsmi səhifələrində Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür ünvanlanıb: 

"Azərbaycan neftçiləri adından Mehriban xanım Əliyevanın timsalında Azərbaycan dövlətinə, hörmətli Prezidentimiz İlham Əliyevə bizim əməyimizə daim göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik. Sizə dərin hörmət və böyük etimad bəsləyən Azərbaycan neftçiləri ölkəmizin rifahı və müasir dünyadakı mövqeyinin daha da gücləndirilməsi naminə öhdəmizə düşən işi layiqincə yerinə yetirəcəyimizə söz veririk”.
 


www.ann.az

Xəbər lenti