SOCAR-ın Rumıniyadakı törəməsi ötən il 5,15 mln. ley mənfəət əldə edib

SOCAR-ın Rumıniyadakı törəməsi ötən il 5,15 mln. ley mənfəət əldə edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi "SOCAR Petroleum SA” 2018-ci ili 5,15 mln. ley (1 ley=0,2396 dollar) xalis mənfəətlə başa vurub.

Ann.az Rumıniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.

Şirkətin 2018-ci ildə xalis dövriyyəsi isə 927 mln. ley təşkil edib.

2017-ci ildə isə şirkətin 568 min ley zərəri qeydə alınmışdı.

2018-ci ildə "SOCAR Petroleum SA”nın işçilərinin sayı 473 nəfərdən 506 nəfərə çatıb.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - "SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri (YDM) vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 19 regionda 42 YDM şəbəkəsinə malikdir.


www.ann.az

Xəbər lenti