SOCAR-ın dəstəyi ilə Azərbaycan KİV nümayəndələri üçün vebinar keçirilib (VİDEO)

SOCAR-ın dəstəyi ilə Azərbaycan KİV nümayəndələri üçün vebinar keçirilib (VİDEO)
SOCAR-ın Azərbaycanın aparıcı media qurumlarının nümayəndələrinin peşəkarlığının artırılmasına dəstək məqsədi ilə növbəti tədbir təşkil edib.

"Report” xəbər verir ki, keçirilən tədbir karantin tələblərinə uyğun olaraq, bu dəfə vebinar şəklində təşkil olunub. "Müasir media” mövzusunda keçirilən vebinarın məruzəçisi Avropa Xəbər Akademiyasının proqram direktoru, "BBC Worldwide” regional nümayəndəliyinin rəhbəri Serqey Stanovkin idi.

Vebinarda  günün nəbzinə uyğun olan və çağdaş medianı narahat edən məsələlər müzakirə olunub. Üç saat davam edən təlimdə KİV-də rəqabət, KİV-in cəmiyyətdə rolu, beynəlxalq iş təcrübəsi, fərdi simanın axtarışı, auditoriyanını hansı yollarla genişləndirmək və informasiyaya inamını qoruyub saxlamaq, eləcə də mediaya reklamın cəlb edilməsi mövzularında da analitik sessiya və master-klass keçirilib.

Mediada 20 ilə yaxın iş stajı olan S.Stanovkin öz təcrübəsini təlim iştirakçıları ilə bölüşüb. Vebinarda geniş auditoriyanın etimadının qazanılması, saxta məlumat yayımının qarşısının alınması, eləcə də məlumat yayımının strateji plan üzrə təşkil olunmasının əhəmiyyəti müzakirə olunub. Vebinarın xülasəsinə aşağıdakı videomaterialda baxa bilərsiniz:
 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti